Moskvanın NTV kanalında yayımlanan “Sən supersən” musiqi yarışmasında Azərbaycanı uğurla təmsil edən Suraxanı rayonunun uşaq evində tərbiyə alan 14 yaşlı Xanım Əhmədiyevadan xəbər var.
Oxu.Az xəbər verir ki, Əhmədiyeva finalın bir neçə addımlığından məşhur telelayihədən ayrılsa da, o, yenidən bu yarışmaya qatılıb, qalibiyyət uğrunda növbəti mövsüm mübarizə aparacaq.
İstedadı və gözəl səs tembri ilə müsabiqənin münsiflərini özünə heyran qoyan Xanım yarışmada keçirdiyi həyacan dolu anlardan danışıb, ona dəstək olanlara təşəkkürünü bildirib.
“Çox həyəcanlı idim. Moskvaya gələndə bizi çox gözəl qarşıladılar. Yarışmanın digər iştirakçıları ilə mənim aramda çox yaxşı münasibət var idi. Onlar mənə rəqib gözü ilə baxmırdılar. Münsiflər mənim ifamdan razı qaldıqları üçün çox sevinirdim.
Bir sözlə, xoşbəxt idim. Düzdür, finala çıxa bilmədiyim üçün bir az pis oldum. Xalamı görəndən sonra hər şeyi unutdum. Gələcəkdə vokalla məşğul olmağı düşünürəm. İfaçılıqdan əl çəkən deyiləm”.
“Sən supersən” layihəsində bacarıqlarını daha da önə çıxarmaq üçün Xanım müğənni Aygün Əsgərovadan vokal dərsləri alacaq. Aygün isə ona əlindən gələn köməyi göstərəcəyini dilə gətirib.
“Heç üzülmə, Xanım. Çünki şəxsən mən özüm də iştirak etdiyim müsabiqədən ayrılmışam. Bilirsiniz ki, Rusiyanın birinci kanalında yayımlanan “Səs” yarışmasında iştirak etdim, lakin üçüncü turda mən layihəni tərk etməli oldum.
Təbii ki, bütün bunlar ifaçı üçün bir təcrübədir. Xanım çox istedadlı bir qızdır. Onun gələcəyi hələ öndədir. Mən də əlimdən gələni əsirgəməyəcəyəm. Ona gələcək karyerasında dəstək olacağam”.
Aygünlə Xanım tədbirin sonunda Polad Bülbüloğlunun repertuarında yer alan “Gəl, ey səhər” bəstəsini duet şəklində ifa ediblər.
Uşaq evində böyüyən Xanım: Xalamı görəndən sonra hər şeyi unutdum - VİDEO
Rəşad Əliyev
Rəylər