Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çingiz Mustafayevdən 20 Yanvarla bağlı kompozisiya - VİDEO
Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.
Oxu.Az xəbər verir ki, “Avrovizya 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev faciənin 30 illiyi ilə bağlı özünəməxsus yeni kompozisiyasını təqdim edib.
Müğənni “Instaqram” səhifəsində kompoziyanın videosunu izləyiciləri ilə bölüşüb.
“Bu gün 20 yanvar faciəsindən 30 il keçir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub. Onların ruhunu hörmət və ehtiramla yad edirəm. Mən öz hisslərimi, duyğularımı bu ifamla izah etmək istədim. Allah rəhmət eləsin!
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub”, - deyə Çingiz Mustafayev paylaşımına şərh yazıb.
Müğənninin hazırladığı kompozisiya qısa zaman ərzində izləyicilər tərəfindən bəyənilib.
Sevinc Yasinqızı
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər