“ABŞ Qarabağda baş verənlərdən narahatdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik”.
Bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.
O bildirib ki, antiterror tədbirlərinin dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.
“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edib. Bu həftə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhaliyə yardımlar çatdırıldı. Həqiqətən, bu, çox önəmli hadisə idi”, - deyə o bildirib.