Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan qazının Ukrayna üzərindən tranziti fikri Rusiyada necə qarşılandı?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Ukraynanın "Faktı" xəbər portalının məlumatına görə, Ukrayna Azərbaycan qazının Avropaya tranzit imkanları üzərində işləyir. Mənbə yazır ki, bu barədə fevralın 7-də respublika Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat verib. Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir.
"Bəli, həqiqətən də bu iş aparılır", - deyə sözçü bildirib.
İordaniyanın "Menafn" nəşri diqqətə çatdırır ki, Azərbaycan boksçuları ötən həftə Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar.
Mənbə xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib:
"Yığmanın heyətində Anaxanım İsmayılova qızıl medal qazanıb. Aynur Rzayeva gümüş, Marjona Savriyeva, Zeynəb Rəhimova, Aynur Mikayılova və Emili Rzayeva bürünc mükafata yiyələniblər".
Türkiyənin "CNN Türk" xəbər portalı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan xüsusi reportaj hazırlayıb. Belə ki, aparıcı Fulya Öztürk telekanalın tamaşaçı auditoriyasını ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.
"613 günahsız Azərbaycan sakini bir gecədə qətlə yetirilib, 487 nəfər yaralanıb, 1 275 nəfər ölüm düşərgəsinə çatdırılaraq işgəncələrə məruz qalıb", - tanınmış türkiyəli jurnalist Bakıdakı Xocalı abidəsinin fonunda söyləyib.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Avropada ermənilərə casus kimi baxılırdı"
- 16 yaşında evlənən şəkili xanım: "Qayınatama dözə bilmirdim"
- Sakinlər Bakının mərkəzində qorxu içində YAŞAYIRLAR
- Hava kəskin dəyişir, qar yağacaq - Xəbərlərin 20:00 buraxılışı
- Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya - Türk tarixinin izi