Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Əli Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
- Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı
- Nazirlər Kabinetinin üç qərarı LƏĞV EDİLDİ
- Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
- Əli Əsədov təyyarə qəzasından sonra yardıma görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi
Ən çox oxunanlar