Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Boneyrdən olan fəal: "Məktəb proqramlarımızın hamısı sıradan çıxarılıb"
"Boneyr adasında məktəblərdə yerli direktorlar və müəllimlər Niderlanddan olan direktor və müəllimlərlə əvəzlənirlər".
"Report" xəbər verir ki, bunu insan hüquqları fəalı Felipe Santiaqo Melaan Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda deyib.
O qeyd edib ki, bu təhsil alanlara və təhsil verənlərin hüquqlarının kobud şəkildə pozulmasının nümayişidir:
"Akademik potensialı olan gənclər müstəmləkəçi hökumətin dilində danışmağa məcbur olurlar. Bununla da qul təfəkkürünü insanlara aşılamaq istəyirlər. Çünki insanı öz dilindən məhrum edərək qula çevirmək olur".
O qeyd edib ki, Boneyrin məktəb proqramlarının hamısı sıradan çıxarılıb.
"Əgər gənclərin baxışlarını dəyişmələrini istəmiriksə, biz bu haqqımızı geri almalı və mədəniyyətimizə, dilimizə hörmət göstərilməsini təmin etməliyik. Təhsil, mədəni, iqtisadi və siyasi cəhətdən inkişaf etmək, nadir aidiyyət hissimizi qorumaq üçün səsimizi eşitdirməliyik", - o deyib.