Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pakistanın baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
25 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Qonaq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət"in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin o, yaxın müddətdə İslamabad şəhərində "ASAN xidmət" təcrübəsi əsasında vahid məkandan xidmətlər göstərən mərkəzin fəaliyyət göstərməsi arzusunda olduğunu və bununla bağlı tezliklə əməkdaşlıq sazişinin imzalanacağını vurğulayıb.
Həmçinin qonağa "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.
"Pakistan" teqi üzrə xəbərlər
- Azərbaycan tezliklə Pakistandan "JF-17 Thunder" qırıcıları alacaq
- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Pakistan və Banqladeş yarım əsr sonra əlaqələri bərpa etdilər
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib