Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ICESCO-nun nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar - FOTO/VİDEO
Bakıda keçirilən “Qoşulmama hərakatının Qadın hüquqları üzrə konfransı” çərçivəsində İSESCO-nun Baş Qərargahında Sosial və İnsan elmləri üzrə Departamentinin direktoru xanım Ramata Almami Mbaye və ISESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin eksperti xanım Dinara Quliyeva, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Qərbi Azərbaycan İcmasının məsul şəxsləri – Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı, Qadınlar Şurasının üzvü, millət vəkili Səbinə Xasayeva, İcmanın sözçüsü Ülviyyə Zülfiqar ilə görüş keçirib.
“Report” xəbər verir ki, görüş zamanı Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı bildirib ki, deportasiyalar nəticəsində Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi də zərbə alıb.
Şüra üzvü, millət vəkili Səbinə Xasayeva Qərbi azərbaycanlı qadın və uşaqların köç zamanı dərin ağrı-acılar, çətinliklərlə üzləşdiyini deyərək vurğulayıb ki, məhz qadınların xüsusi maraq göstərdiyi xalçaçılıq sənəti, milli kulinariya kimi istiqamətlər də deportasiya qurbanları sayılır.
İcma sözçüsü Ülviyyə Zülfiqar 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış aşıq sənətinin timsalında Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan ədəbiyyatının, folklorunun, teatr sənətinin də sözügedən faciəli hadisələr nəticəsində dərin yaralar aldığını qonaqların diqqətinə çatdırıb.
"Ülviyyə Zülfiqar" teqi üzrə xəbərlər
- İcma rəsmisi: "Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə mane olur"
- Xronika: "Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşıb, torpaqlarına könüllü qayıdacaqlar"
- Qərbi Azərbaycan Xronikası: "Təpəbaşı məscidinin imam otağında erməni ailələri məskunlaşıblar"
- Litvalı jurnalist azərbaycanlıların sonuncu deportasiyasına aid fotoşəkillərlə tanış olub - FOTO
- İcma sözçüsü: “Beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırırıq”