Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İcma: "Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib"
"İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib".
Oxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri Ülviyyə Zülfiqar Diaspor Gənclərinin V Yay düşərgəsində iştirak edən gənclərlə icmada keçirilən görüşdə deyib.
O, gənclərə Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verərək, soydaşlarımızın son 200 il ərzində öz tarixi torpaqlarından mərhələlərlə çıxarılması, ötən əsrdə dörd dəfə deportasiya edilmələri, sonuncu 1987-91-ci il deportasiyası zamanı Ermənistan tərəfindən 300 minə yaxın soydaşımızın öz el-obalarından zorla çıxarıldığını bildirib.
Sözçü qeyd edib ki, Qərbi Azərbaycan İcması yenidən təşkilatlandığı gündən etibarən bu kimi haqsızlıqlarla bağlı dünya ictimaiyyətini geniş məlumatlandırmaq istiqamətində intensiv addımlar atıb, ayrı-ayrı subyektlərə məktublar və müraciətlər ünvanlayıb:
"Bu gün icmanın məqsədi soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışı istiqamətində fəaliyyət aparmaq və onların hüquqlarını müdafiə etməkdir. Bu məqsədə nail olmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə də gənclərin rolu çox böyük əhəmiyyət kəsb edir".
Ülviyyə Zülfiqar Qərbi azərbaycanlıların geri qayıdış hüququ barədə xarici auditoriyanın məlumatlandırılmasında gənclərin böyük töhfə verə biləcəklərini vurğulayıb.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- Qərbi Azərbaycan Xronikası: "Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək"
- Əziz Ələkbərli: "Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır"