Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyevə Avropa Liqasının kuboku təqdim edildi - FOTO/VİDEO
Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
“Bakı 2019: Ulduzlar Finalı”nda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Zaman Zahirzadə və Tural Dadaşovdan ibarət “Qərb ulduzları” komandası Şöhrət Qasımov, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, Vəli Qasımov, Nazim Süleymanov, Məhəmməd Tanrıverdiyevdən ibarət “Şərq ulduzları” komandası ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb. Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşüb, xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, matçdan öncə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü