Azərbaycana səfər etməklə Dağlıq Qarabağ münaqişəsinə davamlı dəstəyimizin olduğunu nümayiş etdiririk.
Oxu.Az-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistana gələn həftə səfər edərkən prosesi irəliyə aparacaq bir sıra ismarıcları rəsmi Yerevana çatdıracaq.
ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Slovakiya Bakıda səfirlik açacaq:
“Bu da əməkdaşlığı gücləndirəcək”.
İlhamə Əbülfət