Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir.
Bu barədə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz İnstagram səhifəsində yazıb.
M. Əliyeva qeyd edib ki, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır.
“Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür. Axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz - ümumi evimiz kimi qorumalıyıq”, - deyə, M. Əliyeva yazıb.
Qeyd edək ki, son günlər sosial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə “Salaam Cinema”nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılıb.
Посмотреть эту публикацию в Instagram"Bakı" teqi üzrə xəbərlər
- Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 11.06.2026
- Bakıda müştəri taksidə qarət edildi - 120 min dollarlıq oğurluq
- Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR
- Bakıda avtomobilin üzərinə uzanan qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Bakıda şok kadrlar: Maşınlar binanın üstündə drift etdi - VİDEO
Ən çox oxunanlarDigər xəbərlər