Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Milli Məclisdə Avropa Parlamentinə etiraz: "Heç kim bizi yolumuzdan döndərə bilməz"
"Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Bu cür qərəzli və qeyri-obyektiv sənədlərin ortaya çıxması Avropa Parlamentinin Cənubi Qafqazda yaranan reallıqla barışa bilmədiyini göstərir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında sədr Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti bununla nəinki ölkəmizə qarşı qərəzini göstərir, həm də ölkəmizin ərazi bütövlüyünə meydan oxuyur:
"Çünki Ermənistan xalqımıza qarşı dəhşətli cinayətlər törədib, şəhər və kəndlərimizi, dini-tarixi mirasımızı talan edəndə beynəlxalq ictimaiyyət buna susurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Avropada azərbaycanofob, türkofob və islamofob siyasətlə ölkəmizə qarşı sanki yürüşə çıxıblar".
"Maraqlı bir məqam da odur ki, Avropa Parlamenti COP29-dan da ölkəmizə qarşı siyasi təzyiq kimi istifadə etməyə çalışır. Azərbaycan regionda sülh və sabitliyin yaranmasına sadiqdir, lakin qərəzli ritorikanı da rədd edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil siyasət yürüdür və heç kim bizi yolumuzdan döndərə bilməz", - deyə S.Qafarova əlavə edib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"
- Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək
- Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi qaldırılır