Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polşa Seyminin rəsmisi Qərbi azərbaycanlıların deportasiyaları barədə məlumatlandırılıb
14 oktyabr 2024-cü ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən "Qərbi Azərbaycan - yaddaşlarımızda" adlı sərgi çərçivəsində Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - Sözçüsü Ülviyyə Zülfiqar Polşa -Azərbaycan Parlament qrupunun sədri Pşemislav Viteklə görüşüb.
Bu barədə Oxu.Az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, icma rəsmisi Pşemislav Vitekə Qərbi Azərbaycanlıların ötən əsrdə mərhələlərlə deportasiyaya məruz qalmalarından, Ermənistan ərazisində soydaşlarımıza məxsus zəngin irsin məhv edilməsindən danışıb.
Qeyd olunub ki, zorla öz ata-baba yurdlarından çıxarılan qərbi azərbaycanlılar beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququna malikdirlər.
Ülviyyə Zülfiqar vurğulayıb ki, Qərbi azərbaycanlılar bu gün öz ata-baba yurdlarına geri qayıtmaq həsrəti ilə yaşayırlar.
Polşa parlamentinin nümayəndəsi ona verilən məlumatları maraqla qarşılayaraq beynəlxalq hüququn prinsipi olaraq qayıdış hüququnun həyata keçirilməsinin önəmini qeyd edib.
Qeyd edək ki, görüş barədə polşalı deputat da öz "Facebook" səhifəsində paylaşım edərək "Qərbi Azərbaycan - yaddaşlarımızda adlı sərgidən hər birinizi salamlayıram" yazıb.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcmasının 2025-ci ildə əsas hədəfləri açıqlanıb
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlılar Türkiyə ilə sərhəddə mitinq keçirirdilər"
- Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən məqalə nüfuzlu nəşrlərdə dərc olunub
- İcma fransalı deputatın azərbaycanlıların qayıdış hüququna zidd fikirlərini qınayıb
- Xronika: "Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar"