Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Prezident Belarusun ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi](https://images.oxu.az/2025/02/13/QU8IJMVxQBuqwWlBogrj5xQiM6ZGkrsmeNGwxpSt:1200.jpg)
Prezident Belarusun ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafının məmnunluq doğurduğunu deyib, indi münasibətlərimizin keyfiyyətcə daha yeni səviyyəyə qalxdığını bildirib. Prezident İlham Əliyev hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edərək bu istiqamətdə çoxlu layihələrin müzakirə olunduğunu deyib.
Dövlətimizin başçısı Aleksandr Lukaşenko ilə mütəmadi əsasda olan təmaslarının önəminə toxunub, Belarus Prezidentinin ölkəmizə dövlət səfərini və COP29-da iştirakını xatırlayıb, bunların əməkdaşlığımızın genişlənməsinə xidmət etdiyini deyib. Həmin səfərlər zamanı müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı çox səmərəli danışıqların aparıldığını vurğulayan Prezident İlham Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində səyləri qeyd edib.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ilk gündən ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi və ona göstərilən diqqəti məmnunluqla vurğulayıb.
Səfir Azərbaycan və Belarus prezidentləri arasında olan münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib.
Münasibətlərimizin inkişafı istiqamətindəki işlərlə bağlı böyük məsuliyyət hissi daşıdığını deyən səfir Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı ölkələrimiz arasında innovativ texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Belarus şirkətlərinin iştirakı məsələsinə toxunulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Paraqvayın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
- Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub
- Nəsib Məhəməliyev: "Bayden administrasiyası birtərəfli ermənipərəst mövqe tutdu"
- Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad: Əməli ilə sözü bir olan Azərbaycan
- İlham Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi