"Pakistan çox çətin zamanlardan keçsə də inkişaf etməyə davam edib".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin deyib.
O bildirib ki, keçən il haqq döyüşündə Hindistana yenidən bir dərs verildi:
"Yəni bu cür nifrət və Pakistana qarşı təcavüzkar hərəkətlər cavabsız qalmayacaq, bunları diqqətsiz qoya bilmərik.
Biz öz regionumuzda sülh istəyirik. Biz heç vaxt heç bir qonşumuza qarşı təcavüzkarlıq etməyə çalışmamışıq, hər zaman münasibətlərimizin yaxşı olmasını istəmişik. Lakin bizə qarşı təcavüzkar addım atılarsa, cavab vermək bizim üçün zəruridir və borcumuzdur".