Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qərbi Azərbaycan İcmasının mətbuat katibi BMT-nin İnkişaf hüququ üzrə xüsusi məruzəçisilə görüşüb
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - Mətbuat Katibi Ülviyyə Zülfiqar İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnkişaf hüququ üzrə xüsusi məruzəçisi Surya Deva ilə görüşüb.
Bu barədə icmadan Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, sözçü 1987-91-ci illərdə sonuncu deportasiya dalğasında Ermənistandan 300 min azərbaycanlının qovulması, onların hələ də öz evlərinə qayıda bilməməsi və bununla da inkişaf hüququnun pozulması haqqında məruzəçiyə məlumat verib və mandatı çərçivəsində bu məsələ ilə məşğul olmağı xahiş edib.
Xüsusi məruzəçi Surya Deva qaldırılan məsələ ilə yaxından tanış olacağını bildirib. İcma nümayəndəsi xüsusi məruzəçiyə Qərbi Azərbaycan İcmasının BMT-nin bütün rəsmi dillərində nəşr edilmiş Qayıdış Konsepsiyasını təqdim edib.

"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"