Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək](https://images.oxu.az/2024/11/25/J2c15D46QS86Xb8s93x9i8pjmTzMlr94eg7tpsJq:1200.jpg)
Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək
Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfrans keçiriləcək.
Oxu.Az xəbər verir ki, Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir.
Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.
Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq.
Qeyd edək ki, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - Türk tarixinin izi
- İcma: "İrəvanın Təpəbaşı məscidində içki istehlak edilməsi bütün müsəlman aləminə hörmətsizlikdir"
- Rəsmi Bakıdan Paşinyana CAVAB
- Qərbi Azərbaycan Xronikası: "Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar"
- İcma: "Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq"