Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ruben Haxverdiyan: "Bu gün türksüz, azərbaycanlısız Ermənistanı təsəvvür etmək olmaz"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Erməni politoloq: bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu" adlı süjetdə ermənilərin Qarabağda törətdikləri cinayətlərdən bəhs edilib.
Ermənistanın tanınmış rejissor və bəstəkarı Ruben Haxverdiyan, erməni naşir Armen Martirosyan, politoloq Harutyun Mkrtçyan ermənilərin Qarabağda törətdikləri cinayətlərdən xəcalət hissi keçirdiklərini bildirirlər.
Onların sözlərinə görə, ermənilər başqa bir dövlətin ərazisinə girərək 26 il ərzində işğalçılıqla məşğul olublar: "Bütün dərdlərimizdə həmişə romalıları, bizanslıları, farsları, ərəbləri, türkləri, rusları günahlandırırıq. Ermənilər köçmədir deyə, vətənini sevmirlər. Müharibə tərəfdarları heç vaxt müharibəyə getməyən insanlardır. Ağdamın hansı vəziyyətdə olduğunu öz gözlərimlə gördüm, biz orada hər şeyi məhv etmişik. Biz özümüz Azərbaycan evlərini, məscidlərini hər zaman dağıtmışıq. Çobanlarımız Ağdamda, Şuşada məsciddə inək saxlayırdılar".
R. Haxverdiyan deyib ki, Rusiyaya nə erməni, nə də rus dilində fikrini ifadə edə bilməyəcək adam lazımdır ki, hakimiyyətə gətirsin: "Zori Balayan "KQB" casusu kimi erməni millətçilərini satıb. Balayan yazıçı deyil, Moskvadan göndərilmiş araqarışdıran adam idi. Bu gün türksüz, azərbaycanlısız Ermənistanı təsəvvür etmək olmaz".
H. Mkrtçyan isə Qarabağ klanı və erməni kilsəsi, keşiş Baqratın iç üzünü ifşa edib: "Mənə izah edin ki, biz Ermənistan Konstitusiyasında Qarabağın ilhaqı ilə bağlı bəndi niyə hələ də saxlayırıq? Mənim üçün Ermənistanın ərazisi 29 743 kvadratkilometrdir. Çiçəklənən Ağdamı xarabalığa çevirib "Akna" adlandırdıq. Qarabağa fikrinə yenidən düşmək Ermənistanın ölümünə səbəb olacaq. Bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu. İrəvanda Qarabağ nümayəndəliyinin olması nə deməkdir? Bu, sadəcə, həyasızılıqdır. Qarabağdan çıxanlar Baqratı soyuducudan çıxarıb, ölkə boyu gəzdirirlər. Ermənilər boyunlarının ardını görəcəklər, amma heç vaxt Qarabağı, nə də onun klanını görə biləcəklər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Şuşa" teqi üzrə xəbərlər
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Fərhad Muradzadə: "İllərin ağrı-acısı Şuşaya ayağımız dəyən kimi yox oldu sanki"
- Nuri Hümbətova: "Artıq heç kim bizə məcburi köçkün deyə bilməz"
- Şuşaya qayıdan sakin: "Öz doğma yurdumuzda yaşamaq hissi bir başqadır"
- Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır