Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya və Türkiyə arasında Cənubi Qafqazda sülhə dair müzakirələr keçirilib
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmağın yollarını müzakirə ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İki ölkənin yanaşmalarının, o cümlədən 3+3 Regional Məşvərət Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub", - deyə nazirlikdən bildirilib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
- Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçdi
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ