Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

"Qırğız Respublikasının Prezidenti Sadır Japarov 3-4 iyul tarixlərində Azərbaycan Respublikasına işgüzar səfər edəcək".
Oxu.Az-ın Qırğızıstan Prezidentinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalıp məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində Sadır Japarov Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak edəcək.
"İşgüzar səfər zamanı, həmçinin Azərbaycan Respublikasının Ağdam rayonunda Qırğızıstan tərəfinin inşa etdiyi "Ayköl Manas" məktəbinin rəsmi açılışı da keçiriləcək", - deyə Saqınbek Abdumutalıp vurğulayıb.