Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Somali prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb
Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
"Somali" teqi üzrə xəbərlər
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır
- Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu
- Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb
- Somali prezidenti Azərbaycanın komando hərbi hissələrindən birində olub
Ən çox oxunanlar