"Türkiyənin COP31 namizədliyi davam edərkən, bu prosesdə göstərdiyi güclü dəstəyə və əməkdaşlığa görə Azərbaycana bir daha təşəkkür etmək istəyirəm".
Oxu.Az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə görüşən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkə hesabında yazıb.
Murat Kurum M.Babayevlə görüşü zamanı ətraf mühit, iqlim və urbanizasiya başda olmaqla bir çox sahədə Azərbaycanla inkişaf etdirilən əməkdaşlıq və ortaq məqsədlərin müzakirə edildiyini bildirib.
Dost ve kardeş Azerbaycan'ın iklim konularından sorumlu temsilcisi Sayın Muhtar Babayev ile bir araya geldik.
— Murat KURUM (@murat_kurum) April 12, 2025
Görüşmede Azerbaycan ile çevre, iklim ve şehircilik başta olmak üzere pek çok alanda geliştirdiğimiz sağlam iş birliklerimizi, önümüzdeki dönem hedeflerimizi konuştuk.… pic.twitter.com/D6SvgBI9yN