Antalyada Türkiyənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün məşhur müğənni Sertab Erener "One home" ("Bir ev") adlı mahnı hazırlayıb.
Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir.
Tek bir dünya, Tek bir yuva, Tek bir gökyüzü, Tek bir umut, Tek bir ses. Toroslar’ın eteklerinden küresel iklim diplomasisinin zirvesine güçlü bir soluk taşıyoruz.✨ Şarkısıyla #COP31’e güçlü bir destek veren değerli sanatçımız Sertab Erener’e çok teşekkür ediyorum. @turkiyecop31 📍Antalya
— Murat KURUM (@murat_kurum) November 9, 2026
COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mahnını öz sosial media hesabında paylaşıb.
"Tək bir dünya, tək bir ev, tək bir səma, tək bir ümid, tək bir səs. Toros dağlarının ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq. Mahnısı ilə COP31-ə güclü dəstək verən dəyərli sənətçimiz Sertab Erenerə təşəkkür edirəm", - deyə nazir sənətçiyə minnətdarlığını bildirib.