Bu gün doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə köçürülən 83 nəfərdən ibarət 20 ailəyə və Xanyurdu kəndinə köçürülən 50 nəfərdən ibarət 12 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi baş tutub, evlərin açarları sakinlərə təhvil verilib.
Oxu.Az xəbər verir ki, açarların təhvil verilmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında, eyni zamanda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.







Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi baş tutub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəsəbəyə bu gün 37 ailə olmaqla, 169 nəfər köçürülüb.
Sakinlərin qarşılanma mərasimi olub.
Bakıdan Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə - 147 nəfər köçürülür.
Qeyd edək ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə - 147 nəfər köçürülür.
Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirlər.
Məhərrəm Əliyev