Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ölkədə qaçqın statusu əsasında yaşayanların sayı 23 faiz artıb
Bu ilin altı ayında 827 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
O qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb:
“1.859 nəfər daimi yaşamaq üçün icazə alıb. Bu ilin iyul ayının 1-nə ölkəmizdə 32 648 nəfər müvəqqəti, 11 288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”.
O da məlum olub ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 23 faiz artıb. Hazırda onların sayı 75 nəfər təşkil edir.
Qaçqın statusu əsasında yaşayan şəxslər, əsasən, Pakistan, Əfqanıstan və İran vətəndaşlarıdır.
DXM rəisi qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib:
“Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir”.
Leyla Əliyeva
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
Rəylər