Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə - XƏBƏRDARLIQ
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib.
Agentlikdən Oxu.Az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.
Bununla əlaqədar olaraq, bu ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILAR
- Vladiqafqaz hava limanında sərnişin özünü çamadanla səhv saldı
- Sədr: "Karasyov xarici dövlət başçısını təhqir edirsə, sabah Rusiya rəhbərinə də qarşı bunu edəcək"
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
- Rusiyada pulunu ala bilməyən "Şaxta baba" iş adamını güllələdi
Rəylər