Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çiyələk, xiyar, qarpız və gilasın genetik modifikasiyası yoxdur
Azərbaycana idxal olunan məhsulların 99 faizinin GMO məhsullar olduğunu iddia etmək qaragüruhçuların işidir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olub, onun 504 növü məlumdur ki, bu da bütün dünyanın aparıcı ölkələrinin reyestrinə yerləşdirilib:
“Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə və tərəvəzlər yoxdur. Məsələn, çiyələk, xiyar, armud, qarpız, gilas və digər bitkilərin genetik modifikasiyası mövcud deyil. Bu adamlar seleksiya olunmuş məhsullarla GMO məhsulları qarışdırırlar və yersiz informasiya ilə əhalidə yanlış informasiya formalaşdırırlar. Dünyanın ən çox genetik modifikasiya olunan məhsulu qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olub.
Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq ekspertizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir”.
Q.Təhməzli qeyd edib ki, Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır. Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutunun tərkibində akt üzərində iş aparılır:
“Trans yağlarla bağlı məsələ üzrə institutun ekspertləri məşğuldur. Bu yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyanlıdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrində 32 adda müxtəlif yağlar - kərə yağları və spred yağları ekspertizaya cəlb olunub. Onlardan 12-də trans yağların miqdarı normadan yuxarı olub”.
İlhamə Əbülfət
"AQTA" teqi üzrə xəbərlər
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
- COP29 tədbirinin qida ilə təminatı üçün 56 obyekt fəaliyyət göstərir
Rəylər