Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ailənin 3 övladı dünyaya gəlib.
Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır.
Körpələr Bakı şəhərində yerləşən xəstəxanaların birinin doğum şöbəsində doğulub. Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdu.
Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Güllər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.
Yaxınlarının verdiyi məlumata görə, Allahverdiyevlər ailəsinin üçəmdən əvvəl bir oğlan övladı da olub.
Qeyd edək ki, Qapanlı kəndi qoşunların təmas xəttinə ən yaxın yerləşən yaşayış məntəqələrindən biridir. Cəbhə kəndi erməni hərbçiləri tərəfindən intensiv olaraq atəşə məruz qalır.