Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Dövlət Sərhəd xidmətindən Oxu.Az-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib.
Fevralın 26-sı, saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər