Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
“Koronavirus pandemiyası nəinki Azərbaycan, bütün dünya ölkələri üçün gözlənilməz olub”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, bu gün virusla birbaşa mübarizə aparacaq vaksin yoxdur:
“Bütün çətinliklərə rəğmən, pandemiya ilə var gücümüzlə, bütün imkanlarımızla mübarizə aparmalıyıq. Koronavirus heç kimin orqanizminə baxmır. Məhz bu səbəbdən koronavirusa yoluxma və ölüm sayına baxmayaraq, hələ də “koronavirus varmı?” sualını verən şəxslərin olması təəssüf doğurur.
Cəmiyyətin, deyərdim ki, böyük hissəsi epidemioloji qaydalara əməl etmir. Bu isə hökuməti daha sərt qərarlar verməyə məcbur edir. Xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan bu vəziyyətə qarşı heç nə edə bilmirik. Yumşalma mərhələsindən sonra yenidən sərtləşməyə qərar verməyə məcbur olduq.
Bütün bunlar xəstələrin sayının artmasına, xəstəxanada çarpayıların getdikcə məhdudlaşmasına gətirib çıxara bilər. COVID-19-la mübarizədə yeni nəticələr bizi ciddi şəkildə qorxudur.
Dövlət başçısının tapşırığı ilə ilkin mübarizə bütün dünya ölkələri üçün nümunə idi. Amma indi yaranmış vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir”.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb