Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda icra başçısı koronavirusa yoluxub? - AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxması ilə bağlı məlumatlar dərc edilib.
Məsələni aydınlaşdırmaq üçün Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:
“Karantin rejiminin tələblərinə uyğun olaraq iki dəfə icra hakimiyyətinin əməkdaşlarından COVID-19-la bağlı analiz götürülüb. Onların nəticələri neqativ çıxıb. İyunun 16-da da üçüncü dəfə test vermişik, amma nəticə bu gün axşama bilinəcək”.
“Kimdəsə aşkarlanarsa, biz bunu gizlətməyəcəyik”, - deyə sektor müdiri əlavə edib.
İlhamə Əbülfət
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər