Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
“Məhbuslar arasında koronavirusa yoluxma halları qeydə alınıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, test nəticələri müsbət olan iki nəfər TƏBİB-ə təhvil verilib:
“12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 14 saylı cəzaçəkmə müəssisəsində beş məhkum, 4 saylı çəzaçəkmə müəssisəsində iki məhkumda koronavirusa yoluxma aşkarlanıb.
Onlardan iki nəfər qanunvericiliyin tələbinə uyğun olaraq, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Qalan şəxslərin izolyasiyası aparılıb”.
H.Hacıyev Penitensiar Xidmət orqanlarında da yoluxma hallarının olduğunu və bu vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib.
Könül Cəfərli
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi
- Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
- Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
- Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"