18 
İyl
2020
18:50
774
34
3559
Virtual karabakh

Azərbaycanlıların Düsseldorfda Qarabağ yürüşü - VİDEO

18 İyl, 2020
18:50
3559

Azərbaycanlıların Düsseldorfda Qarabağ yürüşü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Düsseldorf şəhərində yaşayan azərbaycanlılar yürüş təşkil ediblər. 

Oxu.Az xəbər verir ki, yürüşün məqsədi dünyanın diqqətini son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat cəhdlərinə yönəltmək, beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağın uzun illərdi işğal altında olmasını xatırlatmaq olub. 

Yürüş dinc şəraitdə keçirilib, iştirakçılar əllərində Azərbaycan və Türkiyə bayraqlarını, eləcə də ermənilərin son təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin fotolarını tutublar.

Yürüş zamanı “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri