Sen
2020
12:27
652
38
18407
Virtual karabakh

Əli Həsənova qarşı cinayət işi açılıb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

1 Sen, 2020
12:27
18407

Əli Həsənova qarşı cinayət işi açılıb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O qeyd edib ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur:

“Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə 10-15 günə Azərbaycana qayıdacağam”.

11:08

KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.

İddia olunub ki, Ə.Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın bu məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)  vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri