Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalan vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə vətəndaşlarımız Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir. Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlarımızın Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi baş verir.
Sərhədi keçən bütün vətəndaşlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və onlar karantin məntəqələrinə yerləşdirilirlər.
Təəssüflə qeyd olunmalıdır ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyyə olunan vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub. Əvvəlki aylarda həyata keçirilən təxliyyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub.
Bu istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.
TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi riayət etməyə çağırır.
Rəylər