Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ADY rəsmisi: “Bank kartları ilə təmassız ödəniş sistemi tam təhlükəsiz olacaq”
“Gediş haqlarının bank kartları ilə təmassız ödənişini həyata keçirəcək sistem, sərnişinlərin rahatlığına xidmət edəcək”.
Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov deyib. O bildirib ki, qurum dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstərir:
“Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.
Ən çox oxunanlar
Rəylər