12 
İyl
2021
12:04
544
22
8073
Virtual karabakh

9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - YENİLƏNİB + VİDEO

12 İyl, 2021
12:04
8073

9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu dəfn olunub.

Oxu.Az xəbər verir ki, o, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. 

Dəfn mərasimində Xətai Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri və şəhidimizin yaxınları iştirak edib.

Könül Cəfərli

10:34

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu ilə vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş şəhidimizin nəşi Xətai rayonundakı evinə gətirilib.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhidimiz ailəli olub. İki övladı vətənə yadigar qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri