Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov kikboksinqin kik layt növündə qızıl medal qazanıb.
63 kq çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib.
Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək dünya çempionu olub.
Beləliklə, idmançımız WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.
Döyüşçü bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ilk yarışı idi. “Ağ canavar” ləqəbli idmançımız yarışda qələbəsini şəhidlərin ruhuna həsr edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Eduard Məmmədov növbəti dəfə dünya çempionu oldu – FOTO/VİDEO
Rəylər