Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan filmləri “Netflix” vasitəsilə dünyaya çatdırılmalıdır - TƏKLİF
“Azərbaycanda bütün parametrlər üzrə tarixi filmlərin, serialların çəkilməsi zəruridir. Bu filmləri “Netflix” vasitəsilə dünyaya çatdırmalıyıq”.
Oxu.Az xəbər verir ki, bunu 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, kino sahəsinə ayrılan vəsaitlər artırılmalıdır.
“Bu yaxınlarda türkiyəli məşhur rejissor Osman Sınav Azərbaycana gəlmişdi. O təklif etdi ki, ortaq dəyərlərlə bağlı bir film çəkilsin, xərcin yarısının Türkiyə tərəfindən qarşılanacağını dedi. Amma biz digər yarımçıq qalan vəsaiti tapa bilmədik. Biz keyfiyyətli filmlər, seriallar istəyiriksə, kino və mədəniyyət sahəsinə ayrılan vəsaitlər artırılmalıdır”, - deyə Qənirə Paşayeva əlavə edib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"