13 
Dek
2022
15:33
496
57
20229
Virtual karabakh

Baş prokurorun Zakir Fərəcovun kürəkənini işdən qovmasının səbəbi bəlli oldu - YENİLƏNİB + VİDEO

13 Dek, 2022
15:33
20229

Baş prokurorun Zakir Fərəcovun kürəkənini işdən qovmasının səbəbi bəlli oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılma səbəbi məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, R.Məcidov vəzifə səlahiyyətlərini normal yerinə yetirə bilmədiyi və bir sıra uyğunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Bildirilir ki, o, səhər saatlarında iş otağına daxil olandan sonra heç kimi qəbul etmirmiş və bir neçə saat kabinetin qapısını qeyri-müəyyən səbəblərdən bağlı saxlayırmış.

Bundan əlavə, onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. R.Məcidov 4 övladı olan həyat yoldaşından ayrılıb. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir qadınla münasibətdə olduğu da bildirilir.

Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.

Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.

13:07

Baş Prokurorluqda kadr islahatı olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb. 
 
Qeyd edək ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkənidir. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri