26 
Noy
2018
17:49
94
30
2432
Virtual karabakh

Yaqudin Azərbaycanda qış idman növlərinin inkişafı haqqında

26 Noy, 2018
17:49
2432

Yaqudin Azərbaycanda qış idman növlərinin inkişafı haqqında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qış idman növlərinin, xüsusən də fiqurlu konkisürmənin inkişafı üçün müvafiq meydançalar yaratmaq lazımdır.

Oxu.Az xəbər verir ki, bu fikirləri Media.Az-a açıqlamasında rusiyalı konkisürən, Rusiyanın əməkdar idman ustası, olimpiya çempionu, dörd qat dünya çempionu, üç qat Avropa çempionu, Fiqurlu konkisürmə üzər Qran-Pri finalının iki qat qalibi, peşəkarlar arasında ikiqat dünya çempionu və gənclər arasında dünya çempionu Aleksey Yaqudin deyib. 

Onun sözlərinə görə, Azərbaycanda qış idman növünün inkişafı üçün potensial var.

“Ancaq iş burasındadır ki, Azərbaycan gənc ölkədir, ona görə də çətinliklər yaranır. Geoloji yerləşmə bu məsələdə əsas rol oynayır”, - A.Yaqudin bildirib. 

“Əgər uşaqlar üçün konki sürməyə meydança olmasa, gələcək inkişafdan söhbət gedə bilməz. Misal üçün, paytaxtın ticarət mərkəzlərində süni buz meydançaları yaratmaq olar. Sabit buz platformaları bu vəziyyətdən çıxış yolu ola bilər. Orada fiqurlu konkisürmə ilə yanaşı, xokkeyi də inkişaf etdirmək olar. Düşünürəm ki, ölkəniz bu idmanlarda öz gücünü heç vaxt sınamayıb”, - rusiyalı konkisürən deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri