Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Qarabağ”ın oyunu beş dəqiqə gec başladığı üçün klub cərimələndi
AFFA İntizam Komitəsi bəzi qərarlar çıxarıb.
Oxu.Az bu qərarlardan diqqət çəkənlərini xəbər verir.
Premyer Liqanın XII turunun “Zirə” – “Sumqayıt” matçında Bakı klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bunun üçün o, bir oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Premyer Liqanın “Səbail” – “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir edib. Buna görə o, dörd oyunluq cəzalandırılıb, kluba 3200 manat cərimə verilib.
I divizionun XI turunun “Qarabağ-2” – “Zaqatala” matçında Ağdam komandasının geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan beş dəqiqə gec başlayıb. Buna görə klub 240 manat cərimə olunub.
I divizionun MOİK – “Neftçi-2” matçı başa çatdıqdan sonra klublar arasında qarşıdurma baş verdiyinə görə hər iki klub 240 manat cərimə edilib.
Region Liqasının “Ağsu Siti” – “Araz” (Saatlı) matçının ilk hissəsi bitdikdən sonra qonaq komandanın məşqçisi Şahmar Abdullayev hakimlər briqadasını təhqir edib. Meydandan kənarlaşdırılmış Abdullayev buna görə beş oyunluq cəzalandırılıb.
U-13 Liqasının “Təbriz” TİM – “Kəpəz” (Gəncə) matçında meydan sahibi komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Buna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Sabirabad” – “Təhsil” RİM matçında qonaq komandanın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasının “İsgəndər Cavadov” BFA – ROİL matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının “Şirvan” – “Sabirabad” matçında qonaq komandanın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının UGİM (Xaçmaz) – “Keşlə” matçında Bakı komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Yasamal” matçında qonaq klubun rəhbəri Orxan Allahverdiyev rəqib komandanı təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. O buna görə beş oyun cəza alıb.
Futzal üzrə Azərbaycan çempionatının I Liqasının “Yasamal” FK B – “Standard” matçında meydan sahibləri iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Səbuhi MUSAYEV
www.oxu.az
"AFFA" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA