29 
Noy
2018
23:46
288
371
17449
Virtual karabakh

“Qarabağ” “Sportinq”ə darmadağın olub qrupda qaldı - VİDEO

29 Noy, 2018
23:46
17449

“Qarabağ” “Sportinq”ə darmadağın olub qrupda qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

23.46

UEFA Avropa Liqasının “Qarabağ” – “Sportinq” oyunu bitib. Qarşılaşma qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Qarabağ” nəzəri cəhətdən belə pley-off mərhələsinə çıxmaq şansını itirib. 

Qrupda keçirilən digər oyunda isə “Vorskla” evdə “Arsenal”a 0:3 hesabı ilə məğlub olub. 

23.36

“Qarabağ” – “Sportinq” oyununda hesab 1:6 olub. Oyunun 82-ci dəqiqəsində Abdulay Diabi dubla imza atıb.

23.33

“Sportinq” “Qarabağ”ın qapısına beşinci qolunu vurub. Oyunun 75-ci dəqiqəsində Brunu Fernandeş fərqlənib və bununla dubla imza atıb.

23.20

“Qarabağ” – “Sportinq” oyununda sayca beşinci qol vurulub. Matçın 65-ci dəqiqəsində Abdulay Diabi qonaqların dördüncü qoluna imza atıb.  

22.31

“Sportinq” “Qarabağ”a daha bir qol vurub. Oyunun 33-cü dəqiqəsində Nani komandasının üçüncü qoluna imza atıb. 

22.20

Qarşılaşmanın 20-ci dəqiqəsində “Sportinq” meydan sahiblərinin qapısına ikinci qol vurub. Bu dəfə Brunu Fernandeş meydan sahiblərini məyus edib.

22.16

Buraxılan qoldan cəmi doqquz dəqiqə sonra “Qarabağ” oyunda tarazılığı bərpa edib. Oyunun 14-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.  

22.07

“Qarabağ” – “Sportinq” oyununda azarkeşlər erkən qollara tamaşa ediblər. Yakub Jezniçakın kobudluğundan sonra penalti təyin edilib. Oyunun 5-ci dəqiqəsində qonaqlar Bas Dostun penaltidən vurduğu qolla hesabı açıblar. 

21.34

UEFA Avropa Liqasının beşinci turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və “Sportinq”in start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Ağdam klubunun heyətində meydana çıxacaq Rəşad Sadıqov avrokuboklarda sayca yüzüncü oyununu keçirəcək.

“QARABAĞ”: 1. Hanes Haldourson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Qerye

“Sportinq”: 40. Renan Ribeyro, 4. Sebastyan Koates, 5. Ceferson Nasimento, 6. Andrea Pintu, 8. Brunu Fernandeş, 17. Luiş Nani (k), 23. Abdulay Diabi, 28. Bas Dost, 37. Vendel, 76. Brunu Qaşpar, 86. Nemanya Qudel

Matç Bakı Olimpiya Stadionunda saat 21:55-də başlayacaq. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri