25 
Mar
2019
14:36
180
36
1996
Virtual karabakh

Bədii gimnastımız beynəlxalq turnirdə iki bürünc medal qazandı

25 Mar, 2019
14:36
1996

Bədii gimnastımız beynəlxalq turnirdə iki bürünc medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir öz işinə yekun vurub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Qızlarımızdan gənclər arasında mübarizə aparan A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək millimizin hesabına iki bürünc medal yazdırıb və bayram günlərində komandaya ikiqat sevinc yaşadıb. Gimnastımızın iplə çıxışı isə onu 6-cı edib.

Digər final mərhələsində daha bir gimnastımız N.Bayramova top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.

Böyüklər arasında isə V.Qudis top ilə 6-cı, D.Sorokina isə gürzlərlə 7-ci yerdə yarışı başa vurublar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri