Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Neftçi” və “Səbail” Avropa Liqasında oyuna çıxır
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin 43 oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, keçirilən matçların iştirakçıları arasında Azərbaycanın iki təmsilçisi də olacaq.
Bunlar Bakı klubları olan “Neftçi” və “Səbail”dir. Azərbaycan çempionatının gümüş və bürünc mükafatçıları müvafiq olaraq Moldovanın “Sperantsa” və Rumıniyanın “Universitatya” klubları ilə qarşılaşacaq.
İlk olaraq meydana “Səbail” çıxacaq. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bayıldakı “ASCO Arena”da baş tutacaq görüşü Maltadan olan hakim Fyodor Zammit idarə edəcək.
Bakıda oynamasına, heyətində dünya ulduzu Maykl Esyenin çıxış etməsinə baxmayaraq, Aftandil Hacıyevin yetirmələrinin işi heç də asan olmayacaq. Korneliu Papurenin başçılıq etdiyi rəqib dördqat Rumıniya çempionu, öz ölkəsinin kubokunun (altıqat) sahibidir.
Bu matçın başlamasından bir saat sonra isə “Neftçi” Kişinyovda oyuna çıxacaq. Saat 21:00-da başlayacaq görüşdə “Neftçi” italiyalı baş məşqçisi Roberto Bordinin vaxtilə çalışdığı Moldovadan sərfəli nəticə ilə ayrılmağa çalışacaq. Görüşü şimali irlandiyalı Tim Marşal idarə edəcək.
Səbuhi Musayev
"ASCO" teqi üzrə xəbərlər
- ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında