24 
İyl
2019
12:42
47
192
6578
Virtual karabakh

“Neftçi”nin təyyarə problemi həll edildi: 5 saat gecikmə - YENİLƏNİB

24 İyl, 2019
12:42
6578

“Neftçi”nin təyyarə problemi həll edildi: 5 saat gecikmə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Tula “Arsenal”ı ilə ilk oyunu üçün Rusiya paytaxtına yola düşən “Neftçi”nin təyyarə problemi aradan qaldırılıb.

Oxu.Az xəbər verir ki, Bakı-Moskva reysi ilə yola düşən paytaxt komandası 5,5 saatlıq ləngimədən sonra yola düşə bilib.

Qeyd edək ki, “Neftçi” Moskvaya çatdıqdan sonra oradan Tulaya yola düşəcək. Komandamızı oyunun keçiriləcəyi şəhərə daha 2,5 saatlıq yol gözləyir.

Xatırladaq ki, “Arsenal” - “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu gün saat 18:30-da “Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı, 19:00-da isə komandanın məşqi nəzərdə tutulub.

10:36

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Neftçi” klubunu Rusiyaya aparmalı olan təyyarə texniki nasazlıq səbəbindən havaya qalxa bilməyib.

Bunu Oxu.Az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski bildirib ki, problemin həlli üçün təyyarə dəyişdirilib və komanda saat 11:00-da yola düşəcək.

Qeyd edək ki, iyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Arsenal” - “Neftçi” oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri