Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhriyar Məmmədyarov dünya çempionu ilə başabaş oynadı
ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild Kubokunda IV turun görüşləri baş tutub.
Oxu.Az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
"Şah"ın norveçli qrossmeysterlə görüşü heç-heçə başa çatıb.
Hazırda Şəhriyar Məmmədyarovun aktivində iki xal var və III-X yerlərdə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla ABŞ təmsilçisi Fabiano Karuana ilə hindistanlı Vişvanatan Anand başçılıq edirlər.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Ən çox oxunanlar