25 
Avq
2019
10:30
290
73
18938
Virtual karabakh

Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi

25 Avq, 2019
10:30
18938

Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün oynanılan Türkiyə Super Liqasının “Başakşəhər” – “Fənərbaxça” oyununda maraqlı hadisə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.

Belə ki, hazırda “Fənərbaxça”nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu “Başakşəhər”in start heyəti ilə foto çəkdirib.

Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya “Başakşəhər”li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.

Qeyd edək ki, Əmrə Bəlözoğlu “Fənərbaxça”dan öncə dörd il “Başakşəhər”in formasını geyinib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri