Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dünya Çimərlik Oyunlarında Azərbaycan üçüncü medalı qazandı - FOTO
Bu gün Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa start verilib.
Oxu.Az xəbər verir ki, Kənan Əliyev (-90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb.
Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.
Ancaq Pənah İlyaslı (-70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib.
Rumıniyalı Stefan Yonuts Komanı da 3:0 hesabıyla üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan Pənah gümüş medala sahib çıxıb.
Qeyd edək ki, oktyabrın 15-də İbrahim Yusubov (-80 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaq.
Bununla da Dünya Çimərlik Oyunlarında medallarımızın sayı üçə çatıb. Daha əvvəl iki akvatlon idmanı üzrə yarışmış Kseniya Levkovskaya gümüş, Rostislav Pevtsov bürünc medal qazanmışdı.
"Güləş" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin sabiq güləşçisi dördillik diskvalifikasiya olunub
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Güləşçimiz qızıl medal qazandı
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Erməni güləşçi türkiyəli rəqibini təxribata çəkdi: Döşəkdə dava düşdü